“Mücrü” nəşriyyatının “Proza” seriyasında yazıçı Rövşən Yerfinin “Çiçək” adlı yeni kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, kitabda müəllifin qadın mövzusuna aid altı hekayəsi və beş essesi yer alır.
“Mücrü”nün təqdim etdiyi bu kiçik kitab - “Çiçək” mənim qadınlara olan dərin ehtiramımın növbəti ifadəsidir. Qadın mövzusu əbədidir. Bu mövzuda əvvəllər “Sel”, “Günahsız qatil”, “Müqəssir” povestlərini, həmçinin həbsdə olan qadınlardan bəhs edən “Qadın türməsi” və “Həbsxana bənövşəsi” əsərlərini də yazmışam. Mövzu qadın olduğu üçün oxucuların “Çiçək”i də maraqla qarşılayacaqlarına inanıram”, - Rövşən Yerfi kitabı haqda deyib.
Kitabı “Mücrü” nəşriyyatı və şəhərin bir çox kitab mağazalarından əldə etmək mümkündür.