Hacı Zeynalabdin Tağıyev haqqında çəkilən "Himəyadar " bədii filminin çəkilişləri yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, bu barədə filmdə rol alan aktrisa Zülfiyyə Qurbanova məlumat verib. O çəkilişdən foto paylaşaraq bunları yazıb.
"Bakı Media Mərkəzinin Hacı Zeynalabdin Tağıyev haqqında çəkdiyi "Himəyadar " bədii filminin çəkilişləri yekunlaşdı. Filmin rejissoru Zaur Qasımlı başda olmaqla hər kəsə öz təşəkkürümü bildirirəm. Sizlərlə İşləmək çox xoş idi. Reyhan İsayeva sənə diqqətinə və dəyərinə görə xüsusi təşəkkür edirəm".
Qeyd edək ki, tariximizin tanıdılmasında böyük əhəmiyyət kəsb edən bu ekran işinin çəkilişləri ötən ilin may ayında başlayıb. Film ümumilikdə 8 seriyadan ibarət olacaq. Sözügedən layihənin kütləvi səhnələri üçün 1600 nəfər cəlb edilib, bundan başqa 70-dən çox məkanda çəkiliş aparılıb və 300-dən çox abidə tikilib.
Milli dəyərlərimizin təbliğinə töhfə verəcək bu böyük layihənin rəhbəri və prodüseri Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyevadır.
Çoxseriyalı filmin bu il izləyicilərin ixtiyarına verilməsi nəzərdə tutulur. Belə ki, 2024-cü il böyük xeyriyyəçinin vəfatının 100 illiyidir.