10 Fevral 23:39
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Firəngiz Şərifovanın 100 illiyi münasibətilə "Dəli yığıncağı" tamaşası nümayiş olunub.

Teleqraf.com xəbər verir ki, tamaşadan əvvəl aktrisanın teatr və kino fəaliyyətindən bəhs edən videoçarx təqdim edilib.

Daha sonra sənət dostları aktrisa ilə bağlı xatirələrini bölüşüblər.

"Dəli yığıncağı" tamaşasının quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində Xalq artisti Yasin Qarayev, Əməkdar artistlər Vahid Əliyev, Şövqi Hüseynov, Nofəl Vəliyev, Elnur Bəhrəmxan, aktyorlar Kərəm Hadızadə, Ədalət Əbdülsəməd, Natiq Fərzəliyev, Rəşad Səfərov, Aygün Fətullayeva, Anar Seyfullayev, Ramiq Nəsirov, Şəbnəm Hüseynova, Vüqar Məmmədəliyev, Elşən Şıxəliyev, Rövşən Abbasov, Könül Əbilova, Elgün Yəhyayev, Tahir İsmayılov, Sənan Kazımov, İlahə Əmirxanova, Fəridə Qurbanova, İmran Qurbanov və Mətləb Abuşov iştirak ediblər.


Müəllif: Teleqraf.com