20 Fevral 15:52
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə bu mövsüm ən çox gözlənilən serial olan “Mehmed: Fetihler Sultanı” serialının ilk treyleri yayımlanıb.

Teleqraf.com xəbər verir ki, aktyor Serkan Çayoğlunun baş rolunu canlandırdığı serial Osmanlı İmperiyasının ən əhəmiyyətli sultanı kimi tanınan Fatih Sultan Məhmədin həyatı və qələbələrinə işıq tutur.

Serialın rejissoru Şafak Baldır.

Rolları Selim Bayraktar, Fikrət Kuşkan, Tuba Ünsal, Sinan Albayrak, Kenan Çoban, Bülent Alkış, Savaş Özdemir, Esila Umut və digər aktyorlar canlandırır.

Serialın ilk seriyası fevralın 27-də TRT 1-də yayımlanacaq.

Osmanlı İmperiyasının ən qüdrətli hökmdarlarından hesab olunan Fateh Sultan Mehmet 1432-ci ildə Ədirnədə dünyaya gəlib. O, əvvəlcə 1444-1446-cı illər arasında qısa bir müddət, daha sonra 1451-ci ildən 1481-ci ilə kimi 30 il Osmanlı İmperiyasına hökmranlıq edib. 29 may 1453-cü ildə İstanbulu fəth edərək 1058 illik Şərqi Roma (Bizans) İmperiyasını darmadağın edib və fəthdən sonra "Fateh" kimi tanınmağa başlayıb. Bu hadisə bir çox ekspertlər tərəfindən orta əsrlərin sonu və yeni dövrün başlanmasına səbəb olan tarixi hadisələrdən biri kimi qiymətləndirilir.

Eyni zamanda bildirilir ki, "Qurani-Kərim"in Əl-Fəth (Fəth) surəsinin 3-cü ayəsində “Konstantinopol (İstanbul) mütləq fəth ediləcək. Onu fəth edən əmir (komandir) nə gözəl əmirdir” deyə buyurulub. Sultan Məhməd İstanbulun fəthi ilə "Quran"da adı çəkilən əmir olduğunu təsdiq etmiş oldu.

1481-ci ildə Anadoluya yeni bir səfərə hazırlaşan Fateh yolun əvvəlində xəstələndi və 3 may 1481-ci ildə düşərgədə vəfat etdi. 49 yaşında vəfat edən Mehmetin xəstəlikdən öldüyü düşünülsə də iddialar arasında zəhərləndiyi də yer alır.


Müəllif: Pərvin Cəfərova