11 Mart 15:08
2 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Billi Eliş və Mark Ruffalo da daxil olmaqla bəzi Oskar ulduzları Qəzza zolağında atəşkəsə çağıran qırmızı nişanlar taxıblar.

Teleqraf.com xarici KİV-ə istinadla xəbər verir ki, bu sancaqlar əyləncə sənayesi insayderləri tərəfindən dəstəklənən "Artists4Ceasefire" təşkilatına aiddir və ABŞ prezidenti Co Baydenə açıq məktub göndərərək onu "Qəzza və İsraildə dərhal gərginliyin azaldılması və atəşkəs"ə çağırır.

Qara ürəyin ətrafında əl konturları olan sancaqlar Fələstin səhiyyə orqanları tərəfindən ötən ilin oktyabrından bəri Qəzza zolağında 30000 insanın ölümünə səbəb olduğu açıqlanan İsrail və HƏMAS arasındakı müharibədə atəşkəsə çağırır.

400-dən çox məşhurdan ibarət qrup oktyabrın sonunda ABŞ Konqresi və prezident Co Baydenə Qəzza və İsraildə dərhal atəşkəs elan etməyə çağıran məktub dərc etdirən "Artists4Ceases" kampaniyasına qoşulub.

Kampaniyanın bəyanatında deyilir: "Döş nişanı dərhal və daimi atəşkəs, bütün girovların azad edilməsi və Qəzza zolağında mülki şəxslərə humanitar yardımın təcili çatdırılması üçün kollektiv dəstəyi simvollaşdırır".

Qeyd edək ki, bazar günü keçirilən "Oskar 2024" mükafatlandırma gecəsi planlaşdırılandan bir qədər gec başlayıb. Buna səbəb atəşkəs tələb edən etirazçıların məkanın yaxınlığında nəqliyyatı iflic etmələri olub.


Müəllif: Pərvin Cəfərova