7 Aprel 12:13
1 862
12 Punto 14 Punto 16 Punto 18 Punto

Musiqili Teatrda "Killerdən teleqram" mono tamaşasına baxış keçirilib.

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında gənc yazıçı-dramaturq Pərviz Seyidlinin “Killer” pyesi əsasında gənc rejissor Zaur Əliyevin quruluşunda hazırlanan “Killerdən teleqram” mono tamaşasına daxili baxış keçirilib.

Teleqraf.com xəbər verir ki, Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev qonaqlarla bərabər tamaşanı izləyib.

Baxışdan sonra tanınmış teatr xadimləri səhnə əsəri haqqında müzakirələrə qatılaraq maraqlı fikirlər səsləndiriblər.
Mono tamaşanın yeganə qəhrəmanı Killer (Cəlil) obrazının ifaçısı Əməkdar artist Şövqi Hüseynov, quruluşçu rəssamı Afaq Bayramova, musiqi tərtibatçısı Məhəmməd Məmmədovdur.

Tamaşanın qəhrəmanı uşaqlıqdan həyatın bütün çətinliklərini görərək çox acınacaqlı şəraitdə böyümüş Cəlildir. Dəfələrlə aldığı psixoloji zərbələr onu qaranlıq, yeraltı dünyanın adamı edir. Həyatda öz yerini tapmaq, hörmət qazanmaq uğrunda çalışsa da, zamanın sərt döngələrində mənəvi çəhətdən təzyiqlərə məruz qalaraq saflığını itirir, sanki daşqəlbli bir qatilə çevrilir…

Qeyd edək ki, bu səhnə əsəri ilə teatr Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək Mono Tamaşa Beynəlxalq Festivalında iştirak edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər