14 İyun 11:47
1 983
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Özbəkistanın paytaxtı Daşkənddə keçirilən Azərbaycan Mədəniyyəti Günlərinin bağlanış konserti olub.

Teleqraf.com xəbər verir ki, iyunun 13-də Muqimi adına Musiqili Dram Teatrında Azərbaycan Dövlət Rəqs Ansamblının "Mənim Azərbaycanım" adlı konserti keçirilib.

Konserti qardaş ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri izləyiblər. Azərbaycan rəqs sənətinin ən seçkin örnəklərinin təqdim olunduğu gecədə əsl anşlaq yaşanıb. Rəqqaslarımızın yüksək peşəkarlıqla ifa etdiyi "Süita", "Qaval", "Qazağı", "Yaylıqla rəqs", "Nağara", "Şalı", "Qaytağı", "Toy", "Qılıncla rəqs", "Çayçı" və "Vətən" rəqsləri, eləcə də musiqi nömrəsi tamaşaçıların sürəkli alqışları ilə qarşılanıb. Daşkənddə 10-14 iyun tarixlərini əhatə edən Azərbaycan Mədəniyyəti Günlərinin möhtəşəm finalı olan konsert iştirakçıların yaddaşında silinməz iz qoyan sənət şöləni kimi tarixə yazılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər