2 Avqust 17:07
1 813
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.

Teleqraf.com Qaynarinfo.az-a istinadla xəbər verir ki, aktyor özünü pis hiss etdiyini bildirib:

“Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrıyıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm. Bu gün yenidən həkimə getməliyəm, günorta analizlərimin cavabı çıxacaq. Görək nə deyəcəklər. Ona görə bayram-zad yadıma düşmür”.

Aktyor Milli Kino Günü ilə bağlı həmkarlarını təbrik edib:

“Bu gün Milli Kino Günüdür, hamı kimi mənim də bayramımdır. Amma kinoda kim qalıb? Kinodakılar getdilər… Bir-iki nəfər qaldıq… Əbdül, Rafiq, Fəxrəddin…”

Qeyd edək ki, bir müddət bundan öncə Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdular.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər