27 Avqust 12:49
2 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda özünü mərhum Xalq artisti Mirzə Babayevin qardaşı kimi təqdim edən şəxs müxtəlif bəhanələrlə vətəndaşlardan pul alır.

Teleqraf.com xəbər verir ki, bu barədə Mirzə Babayevin nəvəsi Emin Babayev feysbuk hesabında yazıb.

O, xəbərdarlıq edib: “Dostlar, artıq bir neçə ildir şəkildə gördüyünüz kişi şəhərin müxtəlif yerlərində, əsasən kafe və marketlərdə, özünü Mirzə Babayevin qardaşı kimi təqdim edərək insanlardan müxtəlif formalarda xeyir alır. Kimdənsə pul istəyir, kimsə onun yediyi yeməyin hesabını ödəyir və s. Təssüf ki, bu məlumatlar mənə postfaktum çatır və bu dələduz eyni yerə 2-3 dəfədən çox getmir. Sonuncu dəfə srağagün 20 yanvardakı "Bravo"da tanış bir xanımla şəkil çəkdirib.Sifətdən müəyyən oxşarlığı var, ailəmiz haqqında bəzi məlumatları əzbərləyib, geyimində də çalışır ki, Mirzə Babayeva oxşasın”.

O həmçinin qeyd edib ki, Mirzə Babayevin sonuncu qardaşı 11 il öncə vəfat edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər