Azərbaycanın Rusiyadakı keçmiş səfiri, Xalq artisti Polad Bülbüloğluna Özbəkistanda fəxri ad verilib.
Teleqraf.com xəbər verir ki, bu haqda Xalq artisti Gülyanaq Məmmədova instaqram hesabında paylaşım edib:
“Bu gün Özbəkistanda Polad Bülbüloğlunun “Özbəkistanın Xalq artisti” adı alması münasibəti ilə təqdimat keçirilib. Təqdimatda Özbəkistanın və Azərbaycanın mədəniyyət nazirləri və səfirləri iştirak edib”.
Xatırladaq ki, səfir P.Bülbüloğlu Moskvada uzunmüddətli diplomatik fəaliyyətini başa vurub.