3 Avqust 11:57
2 314
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rus klassiklərinin tərcüməçisi olan italyan yazıçı Paolo Nori Rusiya ilə çoxəsrlik əlaqələri kəsməyi qeyri-mümkün hesab edir.

Teleqraf.com xəbər verir ki, yazıçı TASS-a müsahibəsində Qərbin öz üstünlüyü barədə fikirlərini də ədalətsizlik adlandırıb.

Paolo Nori “Fyodor Mixailoviç Dostoyevskinin inanılmaz həyatı. Hələ də qan axır...” adlı kitabının Rusiyada çapdan çıxmasından danışıb:

“Bu kitabda mən öz canatımımdan, Dostoyevskinin mənə təsirindən söz açmışam. Bu, 200 ildən sonra da zamanı və məkanı aşan ədəbiyyatdır. İtaliyanın müasir insanları öz sirlərinə orada vaqif olurlar.

Mənim üçün rus ədəbiyyatı başqalarından daha çox təsir gücünə sahibdir. Bu əsərlər şəxsən məni heyrətləndirir, təəccübləndirir, silkələyir.

Hesab edirəm ki, Rusiya Avropanın bir hissəsidir, mən özüm isə Rusiyasız yaşaya bilmərəm. Bizim Qərbdə daha üstün olduğumuz ideyası nəinki ədalətsizlikdir, həm də doğru deyil.

Günü sabah mən Moskvada yaşamağa gedərəm, çünki siz rusların bir-birinizlə necə bir hissiyyatla yardımlaşmaq qabiliyyətiniz heç kimlə müqayisə oluna bilməz”.

Paolo Nori rus ədəbiyyatından Dostoyevskidən Axmatovaya, Lermontov və Puşkindən Xarmsa, Xlebnikov və Dövlətova qədər bir çox müəllifləri italyancaya tərcümə edib.


Müəllif: Mahir

Oxşar xəbərlər