Laçın şəhərinin salınmasının 100 illiyi (1924-2024) münasibətiylə ədəbi antologiya işıq üzü görüb.
Teleqraf.com xəbər verir ki, “Laçın-100 ədəbi antologiya” 400 illik dövrü əhatə edir.
Nəşrdə laçınlı şair, nasir və aşıqların yaradıcılığından ibarət nümunələr yer alıb. Əsərlərin toplayanı və kitabın tərtibçisi şair İlham Qəhrəmandır.
Buna qədər oxucular İlham Qəhrəmanın toplayıb tərtib etdiyi “Laçın folkloru”, “Laçın lətifələri”, “Gül dəftəri” (Sarı Aşıq), “Nə qaldı” (Aşıq Alı) kitablarıyla tanış olublar.
Antologiyada Sarı Aşıq, Mir Həmzə Nigari kimi tanınmış klassiklərlə yanaşı, indiyə qədər adı ədəbi aləmə məlum olmayan Əmir Bəy, Şair Məmmədalı, Qara Kərim, Aşıq Alı (suvatlı), Aşıq Abbas, Aşıq Cəfərqulu kimi imzalarla da qarşılaşacaq.
Kitabda 98 müəllifin əsərləri toplanıb, hər biri haqqında bioqrafik məlumatlar yer alıb, laçınlı şəhid və qazilərin yaradıcılığına ayrıca bölmə yaradılıb.
500 səhifədən ibarət kitabı “Alatoran” nəşriyyatı çap edib.