Bəstəkar, pianoçu, caz-muğam üslubunun banisi, Azərbaycanın əməkdar incəsnət xadimi Vaqif Mustafazadənin 75 illik yubileyi qeyd ediləcək. Bununla əlaqədar “Vaqifsayağı” caz festivalı keçiriləcək.
Festival martın 16-da Mədəniyyət və Turizm Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi, “Gilan Holdinq”in baş sponsorluğu, Azərbaycan Dövlət Filarmoniyasının texniki dəstəyi və “Voice of Azerbaijan” televiziya agentliyinin təşkilatçılığı baş tutacaq.
“İçərişəhər”də keçiriləcək festivalda ölkənin tanınmış və gənc caz ustalarının iştirakı gözlənilir. İki hissədən ibarət olacaq “Vaqifsayağı” ənənəvi caz festivalı Vaqif Mustafazadənin məzarını ziyarətlə start götürəcək, qonaqlar və media nümayəndələri “İçərişəhər”də sənətkarın ev muzeyində xatirə günü keçirəcəklər.
Festival çərçivəsində Vaqif Mustafazadənin ev-muzeyində qonaqlar ifaçıya aid eksponatlarla tanış olacaqlar.
Festivalda caz ustaları Vaqif Mustafazadənin ifa etdiyi mahnıların müəyyən hissəsini eyni tərzdə, digər bir parçasını isə özünəməxsus şəkildə ifa edəcəklər.
Qeyd edək ki, Vaqif Mustafazadə Azərbaycan caz musiqisinin banisi və yeni caz fikrinin (devizinin) təsisçisidir. O, Azərbaycan musiqisinin, muğamın klassik Amerikan caz musiqisi ilə sintezini yaradıb. Onun yeni devizi Caz-Muğam adlanır. O, Azərbaycan Muğam Caz Hərəkatının memarıdır.
Beynəlxalq caz müsabiqələri və festivallarının ("Tallin-66", "Tbilisi-78", Monte-Karlo) laureatı olan Vaqif Musatafazadə "Orero" ansamblına, "Qafqaz" caz üçlüyünə, "Leyli" və "Sevil" qadın vokal instrumental və "Muğam" instrumental ansambllarına rəhbərlik edib. O, Fortepiano və simfonik orkestr üçün konsertin, "Muğam" simfoniyasının (tamamlanmamış), bir sıra caz kompozisiyalarının və pyeslərin müəllifidir.
Xalq musiqisi, muğamdakı improvizasiyalarda caz elementləri görmüş və orijinal bir janr ortaya çıxarmış „Muğam” simfoniyasının müəllifi Vaqif Mustafazadə 1979-cu ildə Azərbaycan Respublikasının əməkdar artisti fəxri adına layiq görülür. 1982-ci ildə artıq ölümündən sonra Azərbaycan Dövlət Mükafatına layiq görül