7 May 2015 21:38
629
12 Punto 14 Punto 16 Punto 18 Punto

Keçmiş Sovet dissidenti Vladimir Bukovski ürəyində doqquz saat çəkən əməliyyatdan sonra Almaniyadakı özəl klinikaların birində yerləşdirilib, onun köməkçisi Pavel Stroylov bildirib.

Əməliyyat nəticəsində Bukovskinin iki ürək qapağını dəyişiblər. Həkimlərin sözlərinə görə, əməliyyat uğurla başa çatıb: həyatına təhlükə hələ də qalsa da, Bukovskinin vəziyyəti artıq kritik deyil.

Cənab Bukovski keçən ildən ciddi xəstədir. Ona, ürəyində fəsadlara səbəb olmuş nadir infeksiya diaqnozu qoyulub. Keçən həftə onun vəziyyəti ciddi pisləşib və nəticədə bir çox daxili orqanı işləməyib.

Bu həftənin əvvəlində Bukovski, uşaq pornoqrafiyası saxlaması ittihamı ilə bağlı məhkəmədə iştirak edə bilməyib. Kembric mahalının məhkəməsi 22 maya təxirə salınıb.

Bukovski uşaqların nalayiq şəkillərini hazırlamaq və saxlamaqda şübhəli bilinir. Bukovskinin özü isə bunu inkar edir.


Müəllif:

Oxşar xəbərlər