11 İyun 2015 16:38
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Britaniyalı dizayner Viktoriya Bekhem xeyriyyə məqsədilə 4 yaşlı qızı Harperin libaslarını satışa çıxarıb.

Teleqraf.com buro247-yə istinadən xəbər verir ki, "Save the Children's Fashion Saves Live sale" xeyriyyə hərracında Bekhemin Gucci, Stella McCartney, Chloe, Ralph Lauren, Marc Jacobs kimi markalardan olan 25 geyimi satılacaq. Paltarların hər birinin qiyməti 500 funt-sterlinq təşkil edir. Viktoriya bu addımı ilə ehtiyacı olan uşaqlara yardım edəcəyini bildirib: "Ehtiyac içində yaşayan uşaqlara dəstək olmaqdan şadam. Hər birimiz onların həyatında mühüm rol oynamalıyıq, onlara xoşbəxt gələcək bəxş etməliyik".

Rüstəm


Müəllif:

Oxşar xəbərlər