İngiltərənin "Withworth" adlı muzeyi "İlin Ən Yaxşı Muzeyi Mükafatı"nı qazanıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, muzeyin direktoru 100 min funtluq mükafatı təslim alıb.
Muzey 1908-ci ildən qapılarını açıb. "Withworth"da ingilis rəssamların qeyri-adi işləri və Pikassonun bəzi özünə məxsus rəsmləri var.
Ziyarətçilər ümumilkdə burada 55 minə yaxın əsəri görə bilərlər.
Mançester Universitetinin kampusunde yerləşən muzey 2003-cü ildə baş verən böyük oğurluq qalmaqalı da gündəmə gəlmişdi.
Muzeydən Van Qoqun "The Fortification of Paris with Houses", Pikassonun "Poverty" və Qaucuinin "Tahitian Landscape" adlı əsərləri oğurlanmışdı.
Teleqraf.com muzeyin fotoların təqdim edir:
Rüstəm