15 İyul 2015 14:49
749
12 Punto 14 Punto 16 Punto 18 Punto

31 iyul tarixində Nizami Kino Mərkəzində Milli Kino Günü münasibətilə təntənəli mərasim keçiriləcək.

Teleqraf.com xəbər verir ki, mərasimdə “4.1 Şəhər Motivləri” kinoalmanaxının təqdimatı olacaq.

Azərbaycan Prodüserlər Gildiyasının elan etdiyi “Geniş baxış” ssenari müsabiqəsinin qalibi olan kinolayihəyə “Qonşu qadın” (rejissor Anar Abbasov, operator Aleksey Şepilev), “Kədərim” (rejissor Rüfət Həsənov, operator Mixail Benkin), “Yuxarıda və aşağıda” (rejissor Timur İsmailov, operator Nadir Mehdiyev), “Dmitrov küçəsi 86” (rejissor Cəfər Axundzadə, operator Əlişir Həmidhocayev), və “Zabit şərəfi” (rejissor Vüqar İslamzadə, operator Cəbrayıl Rəfiyev) filmləri daxildir.

Yeni filmin quruluşçu rəssamı Rafiq Nəsirov, redaktoru Yusif Şeyxov, kreativ prodüseri Eldar Albertsson, icraçı prodüseri Azər Quliyev, prodüserləri Müşfiq Hətəmov (“Azərbaycanfilm”) və İradə Bağırzadədir (“Adari films”).

Nərmin


Müəllif: