29 May 2014 15:57
1 143
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gündən “28 Cinema”da “Qonşular” filminin nümayişinə başlanılır

Teleqraf.com xəbər verir ki, film ABŞ istehsalıdır. Filmin rejissoru Nikolas Stollerdir. Rollarda Set Rogen, Zak Efron, Deyv Franko, Rouz Birn və Ceyk Conson kimi məhşur aktyorlar çəkilib.

Bir gün sakit və nümunəvi həyat tərzi sürən ailənin qonşuluğuna musiqi və əyləncəni sevən tələbələrdən ibarət qrup köçür. Bundan sonra isə əsl “müharibə” başlayır.

Əgər sözü gedən filmə baxmaq istəyirsinizsə, biletləri kinoteatrın kassalarından ala bilərsiniz. Yaxud da, kinoteatrın www.28cinema.az rəsmi saytından onlayn olaraq sifariş edin.

Aytən Həsənova


Müəllif: