Nizami Kino Mərkəzində “Fantastik dördlük”, “Vay...Nuh getdi!”, “Deccal” filmlərinin nümayişinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, ABŞ-ın istehsalı olan, rejissor Coşua Trankın ekranlaşdırdığı “Fantastik dördlük” filmi fantastika, döyüş və məcara janrındadır. Film dörd gənc astronavtın kosmik enerjinin anomal dalğalarının tədqiqatını aparmaq üçün paralel dünyaya avantyur səyahətlərindən bəhs edir. Səyahətdən qayıtdıqdan sonra onlar özlərində superbacarıqlar kəşf edirlər və bu onların həyatını dəyişir.
Almaniya, Belçika, Lüksenburq və İrlandiyanın istehsalı olan “Vay... Nuh getdi!” cizgi filmi komediya və məcara janrındadır. Böyük tufan yaxınlaşır və Nuh yola düşmək üzrədir. Heyvanlar yerlərini tutmalıdır. Lakin bir çoxları “feys-kontrolu” keçə bilməyib. İndi onlar taleyi aldadıb, yola düşən gəminin astanasına atlamalıdılar.
AF Media şirkəti növbəti qorxu və dəhşət janrında çəkilmiş “Dəccal” filmini təqdim edir. Kinolentin rejissoru Özgür Bakar ssenari müəllifləri Alper Kıvılcım və Özgür Bakardır.
Həyatının sıxıntılı vaxtlarını yaşayan Duyğu xəstəxanadan çıxdıqdan sonra təsadüfən Nurdan adında, sirli və o qədər də varlı qadınla tanış olur. Nurdanın maddi və mənəvi köməyini ehtiyacı olduğu üçün qəbul edən Duyğunun həyatı inanılmaz dərəcədə dəyişir. Ən yaxın rəfiqəsi Aslı da bu vəziyyətdən razıdır. Amma sonradan Duyğunun yerləşdiyi qərib evdə qəribə hadisələr baş verməyə başlayır. Duyğu bəlli olmayan səslər, kölgələr və kabuslar içində qaldıqca sağlıq halı daha da pisləşir. Digər tərəfdən də xəstəxanada iki gənc qadını böyük sürprizlər gözləyir.
Nərmin