Aktyor İslam Mehrəliyev həmkarı Fərda Xudaverdiyev ilə münasibətlərindən danışıb.
Qeyd edək ki, bir müddət əvvəl İslam Mehrəliyevin “Azərbaycanda rejissor yoxdur” ifadəsi Fərda Xudaverdiyevin narazılığına səbəb olmuşdu. Və həmkarlar arasında qalmaqal yaranmışdı.
İ.Mehrəliyev Teleqraf.com-a artıq münasibətlərinin normal olduğunu və eyni filmə çəkildiklərini qeyd etdi. Onun sözlərinə görə, aralarında hər hansı ciddi gərginlik baş verməyib: “Fərda ilə harada olsaq, salamlaşırıq və görüşürük. Fərda toyumda da iştirak etdi. Nə isə olanda öz aramızda müzakirə edirik və bir-birimizə iradlarımızı bildiririk. Deyim ki, Fərda ilə aramızda güclü qırğın olub, əlbəyaxa olmuşuq, yox. O öz fikrini mənə deyib, mən də ona demişəm”.
Rəqsanə