15 Oktyabr 2015 17:53
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il Azərbaycan Dövlət Musiqili Teatrının aktrisası, xalq artisti, “Şöhrət” ordenli, Afaq Bəşirqızının 60 yaşı tamam olur.

Musiqili Teatr aktrisanın 60 illik yubileyi ilə bağlı bir sıra tədbirlər planlaşdırıb. Teatrın mətbuat xidmətinin rəhbəri Samir Sədaqətoğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, yubiley tədbirləri çərçivəsində 20 oktyabrda Mərdəkan Mədəniyyət Evində Afaq Bəşirqızının iştirakı ilə Əli Səmədlinin “Toya bir gün qalmış” komediyası nümayiş olunacaq. Xalq artisti günümüzlə səsləşən, gülməli olduğu qədər də kədərli olan “Toya bir gün qalmış” tamaşasında baş qəhrəmanı – Qadın obrazını canlandırır.

Qeyd edək ki, tamaşanın quruluşçu-rejissoru, əməkdar incəsənət xadimi Əsgər Əsgərov, quruluşçu-rəssamı Nabat Salamova, rejissor assisenti Tamilla Aslanovadır. Tamaşada xor və balet truppasının artistləri ilə yanaşı, əsas rolları Xalq artisti Afaq Bəşirqızı, Əməkdar artist Ələkbər Əliyev, aktyorlar Əliməmməd Novruzov, Gülcahan Salamova, Möylə Mirzəliyev, Gülnarə Əzizova, Məhərrəm Qurbanov, Ruslan Mürsəlov, Hüseyn Əlili və başqaları ifa edirlər.

Nərmin


Müəllif:

Oxşar xəbərlər