Xalq artisti Nisə Qasımova plastik əməliyyat etdirəcək.
O, bu barədə Teleqraf.com-a bildirib: “Plastik əməliyyat etdirməyə pis baxmıram. Moskvada gözümün altında mimik qırışlar əmələ gəlməsin deyə əməliyyat etdirmişəm. Gələcəkdə plastik əməliyyat etdirmək fikrim var. İndiki dövrdə gözəllik üçün vasitələr çoxdur. Onu da deyim ki, arıqlamaq üçün son vaxtlar az yeməyə başlamışam. Əslində, orqanizmim yaxşıdır. İstəsəm bir həftənin içində kökələ, yaxud da arıqlaya bilirəm. Hazırda gün ərzində maksimim iki dəfə yeyirəm”.
Rəqsanə