16 Yanvar 2016 23:18
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Aygün Bayramova Opera və Balet Teatrındakı işindən ayrılıb.

O, Teleqraf.com-a bildirib ki, işdən öz qərarı ilə gedib: “Opera və Balet Teatrından yeddi-səkkiz aydır ki, çıxmışam. Kimsə haradasa uzun müddətli işləmir ki. Teatrdan öz istəyimlə ayrılmışam. Bu qərarıma görə peşman deyiləm. Bunun yaradıcılığıma heç bir mənfi təsiri yoxdur. Asəf Zeynallı adına Musiqi Kollecində işləyirəm. Milli Konservatoriyanın dosentiyəm. Yaxşı tələbələr yetişdiririk. Ümumiyyətlə, mən heç bir yerdə işləməsəm belə yenə Aygün Bayramovayam”.

Rəqsanə


Müəllif: