23 Fevral 2016 12:34
740
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin aprelində Səməd Vurğun adına Rus Dram Teatrında "Kazanova: sevgi dərsləri" tamaşasının premyerası olacaq.

Teatrdan Axşam.az-a verilən məlumata görə, baş rolu xalq artisti Fəxrəddin Manafov canlandıracaq. O, ilk dəfə Rus Dram Teatrının səhnəsində çıxış edəcək.

Tamaşanın quruluşçu rejissoru və musiqi tərtibatçısı İlqar Safat, quruluşçu rəssamı Mustafa Mustafayevdir.

Tamaşada xalq artisti Yuri Baliyev və əməkdar artist Firdovsi Atakişiyev də rol alacaq.

Digər obrazları teatrın aktyorları Murad Məmmədov, Yuri Omelçenko, Yaroslav Trifonov, Rüfət Nəzərov, Boris Brodskiy, Olqa Arsenteva, Tamilla Abutalıbova, Olesiya Qasımova, Fəridə Nesterenko, Maya Vorobjanskaya, Fatimə Əliyeva və Zümrüd Əliyeva ifa edəcəklər.

Əsərin müəllifləri Viktor Korkiya və Aleksandr Lavrindir.


Müəllif:

Oxşar xəbərlər