21 May 2015 11:10
559
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Amaliya Pənahova "Bakı 2015" Avropa Oyunlarını dəstəkləyən sənətçilərdən biridir.

Oyunlarla bağlı fikirlərini bizimlə bölüşən Xalq artisti bu böyük tədbirin Azərbaycan üçün əhəmiyyətinə toxunub:

"Birmənalı şəkildə bilməliyik ki, Avropa Oyunları ölkəmizi xaricdə tanıtmaq naminə çox böyük işlər görəcək. Onsuz da bu gün Azərbaycan dünya dövlətləri ilə çox sıx əməkdaşlıq edir. Azərbaycanda keçirilməli olan Avropa Oyunlarına istinad edərək demək istəyirəm ki, Azərbaycan dünyada çox yaxşı tərəfdən tanınır, sevilir. Bu oyunlarda da, bu əlaqələr də yalnız və yalnız Azərbaycanın imicini daha da yüksəyə qaldırmaq və dövlətlərarası dostluğu daha da möhkəmləndirməyə xidmət edir. 17 gün ərzində Bakıda keçiriləcək idman bayramını izləmək üçün xaricdən müxtəlif yaş qruplarını əhatə edən qonaqlar gələcək. Onlar Bakının günü-gündən inkişaf etdiyini öz gözləri ilə görəcəklər. Əminəm ki, bu gözəlliyi görən bir daha Azərbaycana gəlmək istəyəcək. Qonaqlar həm də mədəniyyətimizin, qonaqpərvərliyimizin şahidi olacaqlar. Bütün hallarda bu kimi tədbirlər Azərbaycanının xeyrinədir. Hər kəsi Avropa Oyunlarına dəstək olmağa, bu həyəcanı paylaşmağa çağırıram".

Nərmin


Müəllif: