26 May 2015 11:26
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bakıda keçiriləcək iI Avropa Oyunlarında güclü idmançılarla təmsil olunacaq. Bu barədə Trend-ə Rusiya Olimpiya Komitəsinin prezidenti, Beynəlxalq Olimpiya Komitəsinin üzvü Aleksandr Jukov deyib.

Rusiya hökumətinin sədr müavini A.Jukov bildirib ki, I Avropa Oyunlarında iştirak edəcək Rusiya millisinin heyəti təsdiqlənib: "Heyətə 360 idmançı daxildir. Gənc heyətin çıxış etdiyi üzgüçülük, ölkənin aparıcı idmançılarının çıxış etmədiyi yüngül atletika və milli komandanın dünya çempionatına hazırlaşdığı qılıncoynatma növlərindən başqa, əksər idman növlərində komanda güclü idmançılarla təmsil olunacaq”.


Müəllif: