16 İyun 2015 10:34
934
12 Punto 14 Punto 16 Punto 18 Punto

I Avropa Yay Oyunlarının açılışı törəni ilə bağlı “İctimai Liderlərin Məşvərət Məclisi” İctimai Birliyimaraqlı tədbir keçirib. Bu haqda təşkilatın yaydığı pres-relizdə məlumat verilib.

Təşkilatın yaydığı xəbərdə bildirilir ki, 12 iyun 2015-ci il Azərbaycan tarixinə yazılacaq ən önəmli gün olaraq daima xatırlanacaq: “Bizdə 1-ci Avropa oyunlarının açılışı ilə və 15 iyun Qurtuluş Günü münasibəti ilə 12-15 iyun tarixlərində 4 günlük kütləvi tədbir keçirmək qərarı verdik. Biz ölkənin şimal bölgəsində 4 gün ərzində müxtəlif yarışlar keçirildi. Tədbir zamanı 1-ci Avropa oyunları ilə bağlı təbliğat materialları paylanıldı və “I Avropa Oyunları Azərbaycana nə verəcək” mövzusunda söhbətlər apardıq. Sonra futbol, voleybol, stolüstü tens və nərd çempionatları keçirdik. Azərbaycan I Avropa Oyunlarına ev sahibliyi etməklə Azərbaycanın gücünü, qüdrətini bir daha dünyaya nümayiş etdirdi və Azərbaycan vətəndaşında qürur hissi yaşatdı. Azərbaycana qarşı aparılan “qara piyar” kompaniyası bir daha iflasa uğradı. Azərbaycanın uğurları ilə fəxr etmək və uğurlarımızın daha da artması üçün çalışmalıyıq”.

Cavidan


Müəllif: