17 İyun 2015 13:25
812
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 17-də Bakıda I Avropa Oyunları yarışlarında 30 min tamaşaçının iştirak edəcəyi gözlənilir. Teleqraf.com-un məlumatına əsasən, bunu Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş icraçı direktoru Saymon Kleq deyib.

O bildirib ki, ötәn gün 19 fərqli mәkanda keçirilәn yarışlarda 25 min tamaşaçı iştirak edib: “Bütün idman növləri üzrə yarışlarda davamiyyәt 75 faiz olub. Ötən günün I Avropa Oyunlarının açılış mərasimindən sonra ilk iş günü olduğunu da nəzərə almaq lazımdır”.

S.Kleq qeyd edib ki, I Avropa Oyunları çərçivəsində bu gün 10 yarış keçiriləcək və bu yarışlarda 11 dəst medal oynanılacaq.


Müəllif: