26 İyun 2015 01:40
534

“Azersky” peykindən Bakı Olimpiya Stadionunun və digər oyun məkanlarının ən son görüntüləri əldə olunub.


“Azərkosmos” ASC-dən Teleqraf.com-a verilən məlumata görə, Avropa Oyunlarının keçirildiyi müddətdə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Mingəçevir Kür İdman və Avarçəkmə mərkəzləri, Avropa Oyunları Parkı, Kristal Zal, Heydər Əliyev adına İdman Arenası, Tofiq Bəhramov adına Respublika stadionu, Atletlər Kəndi, Bakı Su İdman Mərkəzinin ASC-nin operatoru olduğu Yer səthinin məsafədən müşahidə peyki “Azersky” vasitəsilə əldə edilmiş, bu günə olan ən son görüntüləri yayılıb.

Həmçinin “Azərkosmos” ASC-nin tərəfdaş şirkəti “Airbus Defence and Space”şirkətinin operatoru olduğu “Pleiades” peykindən əldə olunmuş və Bakı Olimpiya Stadionu inşaat prosesinin müxtəlif mərhələlərini əks etdirən təsvirlər təqdim edilir.

Qeyd edək ki, I Avropa Oyunları zamanı rabitənin davamlılığı və televiziya yayımı “Azərkosmos” ASC-nin operatoru olduğu “Azerspace-1” peykinin resurslarından istifadə olunmaqla təmin edilir.

İLHAMƏ


Müəllif:
loading...