29 İyun 2015 17:26
1 016
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvəla deyim ki, layiq görüldüyüm bu ada görə təşəkkür edirəm. Bu ad məni ruhlandırdı”. Bunu Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin (BAOƏK) baş direktoru Saymon Kleq prezident tərəfindən təltif olunmasına münasibət bildirərkən qeyd edib.

Bu gün I Avropa Oyunları ilə bağlı sonuncu mətbuat konfransında iştirak edən baş direktor yekunlarla bağlı məlumat verib: “BAOƏK-in 2500-ə yaxın heyəti bu 30 ay ərzində səylə çalışdı. Onların hamısı çalışdı ki, məqsədə nail olsunlar. Onların işləri möhtəşəm idi. Təşkilat Komitəsinin işi bəzi hallarda sərt oldu. Onlar istənilən yerdə bu təcrübədən yararlanacaqlar. Media da yeni tədbirə gəlmişdi. Sizin sadiq dəstəyiniz nəticəsində bu Oyunlar möhtəşəm keçdi. 12 min 500-dən artıq könüllü və məşəl qoruyucuları var idi. Hamı onlarla təmasda oldu. Hər gün əllərindən gələni etdilər ki, Azərbaycanın adını ucaltsınlar. Açılış mərasimi bənzərsiz nailiyyət idi. Amma Azərbaycan heyətinin nailiyyəti olmasaydı, həmin təəssürat yaranmazdı. Federasiyalara və tamaşaçılara da təşəkkür edirəm. Əsas söz miras sözü idi. Cənab prezident qeyd etmişdi ki, biz qara qızılı insan kapitalına çevirmək istəyirik. Biz də ona yardımçı olmaq istədik”.

Baş direktor bəzi idman növlərinin Olimpiya idman növlərinə salına biləcəyini istisna etməyib: “12 idman növündə lisenziya almaq mümkün idi. Qeyri-Olimpiya növlərinə gəlincə, onlarda da gözəl yarışlar oldu. Onlara diqqəti cəlb etmək üçün imkan yarandı. Düşünürəm ki, onlar üçün bu, bir addım olacaq. 2020-ci ildə onların Olimpiya idman növü kimi qəbul olunması mümkündü”.

İlhamə Əbülfət


Müəllif: