Şimali Koreya Cənubi Koreya ilə birləşməm təşəbbüsündə bulunub. Teleqraf.com xəbər verir ki, Şimali Koreya birləşməklə bağlı böyük toplantı keçirilməsini təklif edib.
Şimali Koreyanın rəsmi xəbər agentliyi KCNA-nın xəbərinə görə Pxenyanın məqsədi koreyalılar arasında əlaqələri gücləndirmək, iki ölkə arasında birlik yaratmaqdır.
Rəsmi Seul hələ ki, təklifi dəyərləndirməyib. Cənubi Koreya Birləşmə Nazirliyindən bildirilib ki, təşəbbüs Şimali Koreyanın ənənəvi təbliğat taktikasıdır. Seul Şimali Koreyanın nüvə silahından imtina edəcəyi təqdirdə dialoqa başlayacağını bəyan edib.
Ayxan