20 İyun 2016 20:21
1 882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını sürətləndirmək barədə razılığa gəliblər.

Teleqraf.com TASS agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Sankt-Peterburqda Vladimir Putin, İlham Əliyev və Serj Sarksyan arasında keçirilmiş üçtərəfli görüşün nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, dövlət başçıları Dağlıq Qarabağ münaqişəsinin siyasi nizamlanma prosesində dayanıqlı inkişafın əldə olunması ilə bağlı üçtərəfli razılığa gəliblər: “Son günlər Dağlıq Qarabağda atəşkəsə əməl olunur”.

Ayxan


Müəllif:

Oxşar xəbərlər