15:57
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya istehsalı “Oreşnik” raket kompleksinin ölkə ərazisində yerləşdirilməsini təmin etməyi və onun mümkün tətbiqini planlaşdırmağı tapşırıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Belarus müdafiə nazirinin birinci müavini Pavel Muraveyko bildirib.

“Tək bir tapşırıq var – “Oreşnik” sistemini ərazimizdə yerləşdirmək və onun tətbiqini düzgün planlaşdırmaq”, - o qeyd edib.

Muraveyko əlavə edib ki, Belarusda neçə belə kompleksin yerləşdirilməsinin planlaşdırıldığı haqqında yalnız Rusiya Prezidenti Vladimir Putin bilir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər