Belarus hakimiyyəti mümkün rəqiblərinə qarşı tədbirlər görəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
“Biz ehtimal olunan rəqiblərimizin başa düşmələri üçün müəyyən qabaqlayıcı tədbirlər görəcəyik ki, bizimlə münaqişəyə girməyin mənasız, əksinə, bizimlə mehriban yaşamağın vacib olduğunu anlasınlar. Dövlətimizin bütün siyasətini məhz bu istiqamətə yönəldirik”, - deyə prezident vurğulayıb.