Türkiydə bir qrup hərbçi “Hürriyet” qəzet, “Kanal D” və “CNN Türk” telekanallarının yerləşdiyi binaya basqın edib. Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, əsgərlər işçilərin hamısını çölə çıxarıb. “Atəş açmaqdan çəkinməyin” deyə bağıran zabit yanındakı əsgərlərlə binanın bütün mərtəbələrini gəzir. Əsgərlər işinə davam etmək istəyən “Hürriyet”in əməkdaşlarını vurmaqla təhdid ediblər.
Məlumata görə, hazırda bina vatandaşlar tərəfindən mühasirəyə alınıb.
***
Prezident iqamətgahı ətrafında silah səsləri eşidilir. Helikopterdən atəş açıldlığı, çoxlu sayda insanların iqamətgah ətrafına axın etdiyi bildirilir.
***
Türkiyə Silahlı Qüvvələri insanlara küçəyə çıxmağı qadağan edib.
TRT-ni ələ keçirən ordu bəyanat yayıb. Bəyanatda deyilir:
“Türk Silahlı Qüvvətləri konstitusiyasında nəzərdə tutulan, demokratiyanın, insan hüquq və azadlıqlarının, ölkədə qanunun aliliyinin, pozulan asayişin təmin edilməsi üçün ölkənin iadəredilməsi tamamilə ələ alınıb”.
Bəyanatda həmçinin qeyd olunub ki, bütün beynəlxalq müqavilə və öhdəliklər öz qüvvəsində qalır.
“Bütün dünya ölkələri ilə dostluq münasibətlətimizin davam etməsini arzu edirik”.
***
TRT kanalı ordu tərəfindən alınıb və hazırda Baş Qərargahının bəyanatı yayılır.
Ankarada polis akademiyası partladılıb. Bu barədə Anadolu agentliyi məlumat yayıb. Digər KİV-lər İstanbulda Atatürk Hava Limanının, TRT dövlət kanalının, hakim partiyanın Ankaradakı qərargahının zəbt olunduğunu yazır.
***
Türkiyə Baş Qərargah rəisi Hulusi Akar bir qrup hərbçi tərəfindən girov götürülüb.
Bu barədə Anadolu Agentliyi məlumat yayıb.
Məlumata görə, qərargah rəisi çevrilişə cəhd zamanı girov götürülüb.
Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını bildirib. Bəyanatda deyilir ki, insan hüquq və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır.
***
***
Türkiyə Silahlı Qüvvələri bəyanat yayaraq idarətməni ələ aldığını bəyan edib. Bəyanatda deyilir ki, insan hüququ və azadlıqlarının təmin olunması üçün ordu idarətməni öz əlinə alır.
***
Bu gün axşanm saatlarında Ankara və İstanbulda hərbi çevrilişə cəhd olub.
Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir qrup hərbçi baş qərargahda üsyan qaldırıb. Türkiyənin baş naziri məlumatı təsdiq edib. O qeyd edib ki, heç vaxt Türkiyədə buna imkan verilməyəcəyini və buna cəhd edənlərin tapılaraq cəzalandırılacağını bildirib.
Qeyd edək ki, bir müddət əvvəl İstanbulda boğaz körpüləri tamamilə bağlanılıb. Bunun da çevriliş cəhdi ilə əlaqəli olduğu bildirilir.