Bakıda əcnəbi vətəndaşa qarşı quldurluq edən dəstə zərərsizləşdirilib.
Teleqraf.com xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarışı İdarəsi və Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Ümid Abbasov, Vüsal Allahverdiyev və Şərur rayon sakini Nizami Əhmədov tutulublar.
Dəstə üzvləri bu ilin iyulun 18-də ABŞ vətəndaşı Jagob Cüillette Paulanın 150 manat pulunu və sənədini quldurluq yolu ilə almaqda şübhəli biliniblər.
Hacı Zeynalov