Konqo Demokratik Respublikasında 30 mülki şəxs qətlə yetirilib.
APA-nın "France-Presse" agentliyinə istinadən verdiyi məlumata görə, hadisə şənbə günündən bazar gününə keçən gecə Şimali Kiva əyalətinin Beni şəhərində baş verib.
Dinc sakinlərin Demokratik Qüvvələr İttifaqı - Uqandanın Milli Azadlıq Ordusu tərəfindən qətlə yetirildiyi ehtimal edilir. Konqo ordusunun təmsilçisi leytenant Mak Azukay mülki şəxslərin cəsədlərinin hərbçilər tərəfindən aşkarlandığını bildirib.