4 Sentyabr 2016 12:40
582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çinin Xançjou şəhərində G20 qrupunun 11-ci sammiti öz işinə başlayıb.

Teleqraf.com-un Rusiya KİV-ə istinadən xəbərinə görə, G20 ölkələri investisiya artımı, qlobal iqtisadiyyat və maliyyə sisteminin idarə olunma mexanizmlərinin səmərəliliyinin artırılması, beynəlxalq ticarət və sərmayələrin stimullaşdırılması yönündə müzakirələr aparacaqlar.

Sammitdə G20 üzvlərindən başqa İspaniya, Sinqapur, Laos, Qazaxıstan, Misir, Çad, Tailand və Seneqalın nümayəndələri də iştirak edir.


Müəllif:

Oxşar xəbərlər