5 Sentyabr 2016 22:12
534
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin baş naziri Tereza May ölkəsinin qarşılaşdığı mühacir problemlərindən danışıb.

Teleqraf.com xəbər verir ki, May ölkəyə kimlərin gələ biləcəyi ilə bağlı qərarı hökumətin verəcəyi bir sistem arzuladıqlarını deyib.

Xanım baş nazir İngiltərədə keçirilən referendumla bağlı bunları deyib: “23 iyunda Britaniya xalqı göstərdi ki, ölkəmizə gələn insanların nəzarətə alınmasını istəyir. Son illər ölkəmizə təhsil məqsədilə gələn və yaşamaq hüququ əldə edən insanların sayı durmadan artır. Xalqımız isə bütün bunları hökumətin nəzarətə götürməyini arzulayır”.

Sevinc


Müəllif: