28 İyun 2014 09:56
969
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nigeriyada terror hadisələri törədən "Boko Haram" qruplaşmasının 50 üzvü məhv edilib.

Nigeriya təhlükəsizlik qüvvələrinin təşkil etdiyi hücumda 50 "Boko Haram" silahlısı öldürülüb.

Nigeriya ordusunun internet saytında verilən açıqlamada qruplaşmanın Miyanti və Bulunqudakı düşərgələrinə təşkil edilən hücumda 50 "Boko Haram" silahlısı ilə yanaşı, 2 hərbçinin öldüyü, 5 əsgərin isə yaralandığı bildirilib.

Hücum nəticəsində 15 tüfəng, 11 avtomat, çox sayda döyüş sursatı, bir yanacaq saxlama çəni, yük maşını və motosiklet ələ keçirilib.

Xatırladaq ki, BMT tərəfindən terror təşkilatları siyahısına daxil edilən "Boko Haram" qruplaşması aprelin 14-də Nigeriyanın Şibok şəhərində olan bir məktəbə hücum edərək, orada təhsil alan 276 qızı qaçırıb./anspress/


Müəllif: