"Şimali Koreya növbəti dəfə nüvə sınağı keçirməyə tam hazırdır".
Teleqraf.com xəbər verir ki, bununla bağlı Reuters agentliyi məlumat yayıb.
Məlumatlara görə, növbəti sınaq Pxenyan hökumətinin əmri ilə dağlarda keçiriləcək.
Qeyd edək ki, sonuncu dəfə Şimali Koreya sentyabrın 9-da nüvə sınağı keçirmişdi. Bu sınaq yaxın regionlarda 5,3 ballıq zəlzələ ilə nəticələnmişdi.
Samir