12 Sentyabr 2016 12:56
801
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, PKK terrorçuları bu gün səhər saatlarında Türkiyənin Van bölgəsində terror hücumu təşkil edib.

İlkin məlumatlara görə, hadisə zamanı 2-i polis olmaqla 19 nəfər yaralanıb, yaxınlıqdakı yaşayış binalarına ciddi ziyan dəyib.

Saat 12:16

Türkiyənin Van bölgəsinin Beşyol məntəqəsində dəhşətli partlayış baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hadisə yerinə çox sayda təcili yardım briqadası cəlb edilib.

Hadisənin PKK terrorçuları tərəfindən törədildiyi açıqlanıb. Bomba yüklü avtomobilin partlaması nəticəsində çox sayda insan xəsarət alıb.

Samir


Müəllif: