Türkiyə Silahlı Qüvvələrinin düzənlədiyi Firat Qalxanı hərəkatı çərçivəsində bu saatlarda Suriyanın Bargat və ətraf kəndlərindəki İŞİD mövqelərinin məhv edilməsinə başlanılıb.
Teleqraf.com xəbər verir ki, Türkyə Silahlı Qüvvələri qeyd edilən ərazilərdəki İŞİD mövqelərini ən müasir silahlarla vurur. Kilis Oylum kəndinin qarşısında olan Bargat və ətraf kəndlərdəki İŞİD mövqeləri səhər saatlarından etibarən hədəf kimi seçilib. Partlayış və yaranan tüstü dumanı isə Türkiyə tərəfdən də görünür.
Qeyd edək ki, səhər saatlarında Türkiyə prezidenti Ərdoğanın ABŞ-a səfəri başlayıb. Hərbi əməliyyatlar isə səfərdən əvvəl reallaşdırılıb və bu saatlarda davam edir.
Cavad