25 Sentyabr 2016 18:18
881
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da Respublikaçıların prezidentliyə namizədi Donald Tramp bazar ertəsi rəqibi Hillari Klinton ilə olacaq debata Bill Klintonun keçmiş sevgilisi Cennifer Floversi də dəvət edəcəyini bildirib.

Teleqraf.com xarici mətbuata istinadla xəbər verir ki, Tramp bunu ötən həftə milyarder Mark Kubanın apardığı proqramda tənqid olunduqdan sonra açıqlayıb. Cənab Kuban bildirib ki, onu proqrama xanım Klintonun seçki kampaniyası dəvət edib.

Cennifer Flovers Twitterdə jurnalistlərin suallarına cavab olaraq bildirib ki, proqramda iştirak edə bilər. Lakin onun cənab Trampdan dəvət alıb-almadığı bəlli deyil.

Üç dəfə ailə qurmuş Tramp birinci həyat yoldaşı ilə evli olarkən ikinci həyat yoldaşı ilə sevgili olub. Klintonun seçki kampaniyasının direktoru Cennifer Palmieri bildirib ki, Klinton debatları insanların həyatlarına təsir edən problemlərin müzakirəsi üçün istifadə etməyə çalışır: "Tramp isə başqa yol seçib".


Müəllif: