27 Sentyabr 2016 20:25
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün axşam baş nazir Binəli Yıldırımla görüşəcək.

Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, görüşdən sonra Təhlükəsizlik Şurasının toplantısı keçiriləcək.

Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, Baş Qərargah rəisi Hulusi Akar və digər nazirlərin iştirak edəcəyi toplantıda Suriyada həyata keçirilən "Firat qalxanı" əməliyyatı və digər məsələlər müzakirə ediləcək.


Müəllif:

Oxşar xəbərlər