Ukraynanın Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili parlament seçkilərindən sonra Gürcüstana qayıtmaq fikrindən vaz keçib.
Teleqraf.com xəbər verir ki, bununla bağlı "112 Ukraina" telekanalı məlumat yayıb.
Saakaşvilinin sözlərinə görə, onun Ukraynada görəcəyi hələ çox iş var: "Mən bura elə belə gəlməmişəm. Mən döyüş meydanını tərk etməyəcəyəm. Gürcüstana parlament seçkilərindən sonra məzuniyyət götürüb gedəcəm".
Samir