18 Oktyabr 2016 19:12
903
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada müharibə başlayandan nadir hallarda KİV qarşısında çıxan ölkənin birinci xanımı Əsma Əsəd bu gün mövcud durum və həyat yoldaşının aqibəti haqqında danışıb.

Teleqraf.com-un məlumatına görə, Əsma Əsəd “Rossiya 24” kanalına müsahibəsində qeyd edib ki, Bəşər Əsəd sakit, çox düşüncəli və nəzakətli insandır: “Onunla danışmaq asandır. Onun xarakteri dövlət başçısı olandan sonra da dəyişmədi”.

Əsma Əsəd qeyd edib ki, hazırda onun həyat yoldaşının çiynində çox ağır yük var: “Çünki ölkəni idarə etmək kimi böyük məsuliyyət daşıyır. Bunun üçün vaxtının çox hissəsi və bütün enerjisi gedir”.

Birinci xanım həyat yoldaşına heyran olduğunu dilə gətirib: “Bütün ağırlıqlara və gərgin iş qrafikinə rəğmən o, həmişə öz ailəsinə, xüsusilə üç uşağına vaxt tapmağa çalışır. O, öz ata rolunu çox ciddi qəbul edir və olduqca təmənnasız insandır”.

Hələbin hazırki vəziyyətinə toxunan birinci ledi Suriyada humanitar vəziyyət haqqında çox danışıldığını qeyd edib: “Əslində vəziyyətin bütün ciddiliyini təsvir etmək çətindir. İnsanların yerdəyişməsi, yoxsulluq, xəstəliklər, əzablar – bütün bunlar presedentlərə malik deyil”.

O, Qərb mediasını qeyri-obyektivlikdə suçlayıb: “Qərb KİV-ləri istehza ilə silahlı qruplaşmaların nəzarəti altında olan bölgələrə, qaçqınların məskunlaşdığı ərazilərə və xüsusi olaraq insanların çətin vəziyyətdə yaşayışına fokuslanmağa üstünlük verir. Niyə Zara kəndindən olan uşaqların taleləri Aylan və Ümran faciəsi kimi KİV-də işıqlandırılmırdı?

Qərb KİV-i bu faciələrə fokuslandı, çünki onların gündəminə uyğun idi. Məhz Qərb bu münaqişədə bizim uşaqlarımızı onların valideynlərinin siyasi baxışlarına görə böldülər. Aylan da, Ümran da valideynlərinin inancının nə olmasından asılı olmayaraq, Suriya uşaqları idi, Zara kəndində qırğın zamanı zərər çəkmiş başqa günahsız uşaqlar kimi. Hamısı – günahsız uşaqlardır, onların həlak olması – Suriya üçün itkidir”.

Nərgiz


Müəllif:

Oxşar xəbərlər