21 Yanvar 2017 21:54
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyada yaşayan həmyerlilərimiz Madriddə keçirilən “Fitur-2017” beynəlxalq turizm sərgisində Ermənistan tərəfindən Dağlıq Qarabağdakı separatçı rejimi təbliğ edən xüsusi stendin nümayiş olunması ilə bağlı etiraz aksiyası keçiriblər.

Teleqraf.com-un məlumatına görə, bundan əvvəl Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi sərgi təşkilatçılarına etiraz məktubu ünvanlamışdı:

“Ümumdünya Turizm Təşkilatının tanınmamış ərazilərin təbliğ edilməməsi ilə bağlı müvafiq qərarı var. Mütəmadi olaraq Xarici İşlər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həm beynəlxalq təşkilatlara, həm tədbirlərin təşkilatçılarına bu halların qarşısının alınması üçün əvvəlcədən müvafiq müraciətlər ünvanlanır. Bu faktla bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ümumdünya Turizm Təşkilatında keçirdiyi rəsmi görüşlər zamanı öz narahatlığını ifadə edib”.

Qeyd edək ki, sərgi yanvarın 18-də işinə başlayıb və yanvarın 22-də yekunlaşacaq.


Müəllif:

Oxşar xəbərlər