10 Fevral 2017 21:53
556
12 Punto 14 Punto 16 Punto 18 Punto

Honkonqda metro stansiyalarının birində törədilmiş yanğın nəticəsində 15 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, hadisə naməlum şəxsin “Molotov kokteyli” yandırması nəticəsində baş verib.

Hazırda qatarların həmin stansiyadan ara vermədən keçdikləri bildirilir. Baş verən hadisə ilə bağlı araşdırma aparılır.


Müəllif: