Ermənistan parlamentinin martın 2-nə planlaşdırılan iclası baş tutmayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov məlumat verib.
O bildirib ki, buna səbəb kvorumun olmamasıdır: "İclasın baş tutması üçün 66 deputatın parlamentə gəlməsi vacib idi. Ancaq iclasa cəmi 33 deputat gəlib. İclasın təxirə salınması məcburiyyətində qaldıq. Saat 15:00-a qədər gözləyəcəyik. Əgər deputatlar gəlməsə, iclas ləğv ediləcək. Təklif edirəm ki, mayın 31-ə qədər parlamentin indiki tərkibinin iclası keçirilsin. Kvorum olsa, yeni parlamentin seçilməsi üçün təşviqat kampaniyasına başlayacağıq".
Qeyd edək ki, Ermənistanda parlament seçkilərinə təşviqat kampaniyası ən geci martın 5-də başlamalıdır.
Samir